AÇ: İsgəndərov yarımfinala çıxdı, erməniylə qarşılaşacaq

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri davam edir.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan daha bir boksçusu yarımfinalda iştirakını rəsmiləşdirib.

Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq) və Cəlal Qurbanovun (63,5) ardınca Nəbi İsgəndərov (67 kq) da çıxışını qələbə ilə bitirib. Əvvəlki mərhələlərdə Luka Nikabadze (Gürcüstan) və Alen Ahmetoviçi (Xorvatiya) məğlub edən boksçumuz Hüqo Qraudan (Fransa) da güclü olub. İsgəndərov görüşü vaxtından əvvəl hesabına yazaraq, tam üstünlüklə qalib gəlib.

Bununla da özü üçün artıq bürünc medalı təmin edən Nəbi sabah keçiriləcək yarımfinalda Danimarkanı təmsil edən Nikolay Tərtəryanla üz-üzə gələcək.

Digər boksçumuz Maqsud Xasmetov (57 kq) isə Taha Akkoyunla (Türkiyə) qarşılaşıb və rəqib mərhələ adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button