AÇ: Azərbaycan cüdoçusu finalda uduzdu
Haaqada keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatının üçüncü günü arxada qalıb.
Komanda.az xəbər verir, fərdi yarışların son günündə yığmamız aktivinə daha bir medal əlavə edib.
90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov gümüş medal qazanıb. Cüdoçumuz həlledici görüşdə yerli idmançı Lars van Ostruma uduzub.
Bu, komandamızın Avropa çempionatında qazandığı 6-cı medal olub. Azərbaycan cüdoçuları ilk iki gündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmışdılar.
Son gündə mübarizə aparan digər dörd cüdoçumuzun çıxışı uğursuz alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin