AÇ: Babayev 5-ci oldu, Sarıyeva…
Türkiyənin İstanbul şəhərində təşkil olunmuş atletika üzrə qış Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, Azərbaycan atleti Nazim Babayev bu yarışda 5-ci yerlə kifayətlənib.
İdmançımız üçtəkanla tullanma növü üzrə final mərhələsində 16.50 metrlik nəticəyə imza atıb və yekun sıralamada 5-ci olub. O, təsnifatda 16.45 metr nəticə ilə 4-cü yeri tutaraq final mərhələsinə vəsiqə qazanmışdı.
Azərbaycanın digər təmsilçisi Yekaterina Sarıyeva isə üçtəkanla tullanma növü üzrə təsnifat mərhələsində 13.55 metr nəticə göstərib. O, bu nəticə ilə qadınlar arasında Azərbaycan rekordunu yeniləsə də, final mərhələsinə vəsiqə qazana bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin