AÇ: Azərbaycan millisi birinci qrupda mübarizə aparacaq

19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkdə B liqasında yer alan Azərbaycan milli komandasının A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacağı rəqibləri də müəyyənləşib.

Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz 1-ci qrupda Şimali İrlandiya, Farer adalar və Malta komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn ilin 6-12 aprel tarixlərində təşkil olunacaq.

Qrup oyunlarının hansı ölkədə keçiriləcəyi ilə bağlı daha sonra məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button