AÇ: Azərbaycanın daha 13 güləşçisi medal qazandı

Azərbaycanın daha 13 idmançısı Bakıda keçirilən kəmər güləşi üzrə Avropa çempionatında medal qazanıb.

Komanda.az xəbər verir ki, yarışın ikinci günündə yığma üzvlərindən 1-i gümüş, 12-si isə bürünc mükafata yiyələnib.

90 kq çəki dərəcəsində mübarizə aparan Etibar Rzayev yalnız finalda rəqibinə məğlub olub. Ceyhun Cavadzadə, Rüfət Hacıyev (hər ikisi 57 kq), Ariz Hüseynov, Nurlan Məmmədov (hər ikisi 62 kq), Nihad Rzayev, Cəsur Mehtiyev (hər ikisi 68 kq), Xəlil Murzayev (75 kq), Nəsir Həsənov (82 kq), Namiq Babayev (90 kq), Mahir Əliyev, Amin Qulamov (hər ikisi 100 kq) və Sadiq Ağamalıyev (+100 kq) üçüncü yeri tutublar.

Ötən gün yığma üzvləri 1 qızıl, 5 gümüş, 11 bürünc medal əldə ediblər.

Milli Gimnastika Arenasında təşkil olunan 3-cü Avropa çempionatı oktyabrın 4-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button