AÇ: Azərbaycan komandası 1/4 finalda

Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycanın ASAPES komandası sonuncu turda Norveçin Elm və Texnologiya Universiteti komandasına 9:4 hesablı ilə qalib gəlib.

ASAPES bu qələbə sayəsində 1/4 finala vəsiqəni rəsmiləşdirib.

Xatırladaq ki, ASAPES tələbələri daha öncə Böyük Britaniyanın “Bristol Universiteti” kollektivinə 10:2, Portuqaliyanın “Minho Universiteti” kollektivinə isə 3:1 hesabı ilə qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button