AÇ: Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu

Fransanın Monpelye şəhərində böyüklər arasında Avropa çempionatının püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycanın yığma komandası yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.

Qadınlar

-48 kq.
Leyla Əliyeva – Lois Petit (Belçika)

-52 kq.
Gültac Məmmədəliyeva – Coana Dioqo (Portuqaliya) / Sofiya Asvesta (Kipr Respublikası) görüşünün qalibi ilə

Kişilər

-60 kq.
Balabəy Ağayev – Andreya Karlino (İtaliya) / Rodriqo Kosta Lopes (Portuqaliya) görüşünün qalibi ilə
Turan Bayramov – Qamzat Zayrbekov (Fərdi Neytral İdmançılar) / Mihrac Akkus (Türkiyə) görüşünün qalibi ilə

-66 kq.
Yaşar Nəcəfov – Matteo Piras (İtaliya)

-73 kq.
Hidayət Heydərov – Abdul Malik Umayev (Belçika)
Rəşid Məmmədəliyev – Turpal Coukayev (Finlandiya)

-81 kq.
Zelim Tçkayev – Oskari Makinen (Finlandiya)

-90 kq.
Murad Fətiyev – Laşa Bekauri (Gürcüstan)

-100 kq.
Zelim Kotsoyev – Hari Lovel-Hevit (Böyük Britaniya)

+100 kq.
Uşanqi Kokauri – Mirkeya Croytoru (Rumıniya) / Marius Fizel (Slovakiya) görüşünün qalibi ilə

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button