AÇ: Azərbaycan cüdoçularından ilk gündə 3 medal

Azərbaycan cüdoçuları 7 sentyabrda Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Komanda.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan yığma komandasının 7 üzvü medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Nizami həlledici görüşdə İsrail təmsilçisi Yehonatan Vekslerə “waza-ari” xalı ilə qalib gələrək qızıl medal qazanıb.

-66 kq. çəkidə Aydın Rzayev final görüşündə gürcüstanlı cüdoçu Tenqo Zirakaşvili ilə güclərini sınayıb. Nəticədə Aydın çempionatın gümüş medalına sahib olub.

Qızlar arasında isə -52 kq. çəkidə Aydan Vəliyeva üçüncü yer uğurunda görüşdə İtaliya təmsilçisi Mikaela Şakovelli ilə qarşılaşıb. Aydan əzmkar mübarizə apararaq “golden score”-un 3-cü dəqiqəsində “ippon” ilə rəqibinə qalib gələrək bürünc medalı əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button