Keçmiş futbolçu Ronaldonu təriflədi

Portuqaliya millisinin sabiq futbolçusu Xose Fonte 2024-cü il Avropa çempionatında hələ də qol vurmayan 39 yaşlı hücumçu Kriştiano Ronaldonu dəstəkləyib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, keçmiş futbolçu, onun həmişə komandasını yaxşı etməyə çalışdığını bildirib:

“Ronaldo həmişə komandaya rəhbərlik edib. Komanda mühiti yaratmaqla yanaşı, bunu ən yaxşılardan öyrənmək fürsəti kimi görürəm. O, həmişə komandasını daha yaxşı etməyə çalışır, iş üçün yaxşı atmosfer yaradır”.

Ronaldo Avropa çempionatının 1/8 final mərhələsinin dünənki oyununda əlavə vaxtda penaltidən yararlana bilməyib. Buna baxmayaraq, Portuqaliya yığması Sloveniyanı penatilər seriyasında məğlub edə bilib. Roberto Martinesin komandası 1/4 finalda Fransa ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button