İspaniya, İtaliya və Belçika yığmalarından qələbə
Bu gün AÇ-2024-ün seçmə mərhələsində 6-cı tura yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutub.
A qrupunda İspaniya yığması Kiprlə üz-üzə gəlib və darmadağına sevinib. Norveç yığması isə Gürcüstan seçməsini məğlub yola salıb.
C qrupunda İtaliya millisi bu dəfə Ukrayna yığmasını sınağa çəkib və çətin qələbəyə sevinib.
Azərbaycan millisinin yer aldığı F qrupunda Belçika yığması Estoniyanı, İsveç isə Avstriyanı sınağa çəkib. Belçikalılar evdə darmadağına, avstriyalılar isə səfərdə inamlı qələbəyə seviniblər.
AÇ-2024, seçmə mərhələ
6-cı tur
12 sentyabr
A qrupu
İspaniya – Kipr 6:0
Qollar: Qavi, 18. Merino, 33. Xoselu, 70. F.Torres, 73; 83. Baena, 77.
Norveç – Gürcüstan 2:1
Qollar: Haland, 25. Edeqor, 33 – Zivzivadze, 90+1.
Xal: Şotlandiya – 15. İspaniya – 9. Norveç – 7. Gürcüstan – 4. Kipr – 0.
C qrupu
İtaliya – Ukrayna 2:1
Qollar: Frattezi, 12; 29 – Yarmolenko, 41.
Malta – Şimali Makedoniya 0:2
Qollar: Elmas, 5. Manev, 41.
Xal: İngiltərə – 13. İtaliya – 7. Ukrayna – 7. Şimali Makedoniya – 7. Malta – 4.
F qrupu
Belçika – Estoniya 5:0
Qollar: Vertongen, 4. Trossard, 18. Lukaku, 56; 58. De Ketelare, 88.
İsveç – Avstriya 1:3
Qollar: Holm, 90 – Qreqoriç, 53. Arnautoviç, 56; 69.
Xal: Belçika – 13. Avstriya – 13. İsveç – 6. Estoniya – 1. Azərbaycan – 1.
İ qrupu
İsrail – Belarus 1:0
Qol: Kaniçovski, 90+3.
Rumıniya – Kosovo 2:0
Qollar: Stançu, 83. Mihaila, 90+3.
İsveçrə – Andorra 3:0
Qollar: İtten, 49. Caka, 84. Şakiri, 90+3-pen.
Xal: İsveçrə – 14. Rumıniya – 12. İsrail – 11. Belarus – 4. Kosovo – 4. Andorra – 2.
Bizi Facebook-da izləyin