AÇ-2020 qeyri-müəyyənliyi: UEFA nəyi müzakirə edir?
UEFA-nın AÇ-2020 ilə bağlı müzakirələri davam edir.
Komanda.az xəbər verir ki, qitə futbol qurumu bu ilin yayında keçirilməsi planlaşdırılan turniri təxirə salmayacaq. Qurum hazırda yarışla bağlı 4 variantı müzakirə edir. Bu variantlar azarkeşlərin mümkün iştirakı ilə bağlıdır.
UEFA oyunlarda azarkeşlərin tam iştirakını, 50 faiz, 20-30 faiz iştirakını və ya ümumiyyətlə matçların azarkeşsiz keçirilməsi məsələsini müzakirə edir.
AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin