AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu
AÇ-2020-nin pley-off mərhələsinin püşkatmasının tarixi müəyyənləşib.
Komanda.az xəbər verir ki, 16 yığmanın iştirakı ilə baş tutacaq tədbir noyabrın 22-də olacaq.
Final mərhələsinə son vəsiqələrə iddia edən komandalar rəqiblərini həmin gün Bakı vaxtı ilə saat 15:00-da öyrənəcək.
Əvvəlcə Bolqarıstan, Macarıstan, İsrail və Rumıniyanın rəqibləri müəyyənləşəcək. Onlardan biri C yolunda Şotlandiya ilə qarşılaşacaq. Digər üç komanda A yolunda mübarizə aparacaq ki, ikisi öz arasında, biri isə İslandiya ilə münasibətlərə aydınlıq gətirəcək.
Püşkatmada həlledici görüşlərin meydan sahibləri də bəlli olacaq. Püşk hansı cütün qalibinin öz meydanında iştirak edəcəyini müəyyənləşdirəcək.
Qeyd edək ki, pley-offun yollar üzrə yarımfinal oyunları gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.
Bizi Facebook-da izləyin