AÇ-2020: Avstriya yığmasının futbolçusu cəzalandı
Avstriya yığmasının futbolçusu Marko Arnautoviç bir oyunluq cəzalandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə qərarı UEFA İntizam Komitəsi qəbul edib.
32 yaşlı yarımmüdafiəçi Şimali Makedoniyanı 3:1 hesabı ilə yendikləri AŞ-2020-nin ilk tur oyunundakı hərəkəti ilə əlaqədar diskvalifikasiya olunub.
Bu üzdən Arnautoviç iyunun 17-də Niderlandla görüşü buraxmalı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin