AÇ-2020: 1/4 final cütləri məlum oldu

Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Belçika, İtaliya, Danimarka, Çexiya, İspaniya və İsveçrənin ardından bu gün İngiltərə və Ukrayna yığmaları da 1/4 finala vəsiqə qazandı.

Beləliklə, növbəti mərhələdə İsveçrə İspaniyaya, Belçika İtaliyaya, Çexiya Danimarkaya, Ukrayna isə İngiltərəyə rəqib olub. 1/4 finala iyulun 2-də start veriləcək. İlk oyun günündə İsveçrə – İspaniya və Belçika – İtaliya görüşləri baş tutacaq. Digər iki oyun isə iyulun 3-də keçiriləcək. Həmin oyunlardan birincisi Azərbaycanda keçiriləcək. Belə ki, Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları qarşılaşacaq. Sonuncu yarımfinalçının adına isə Ukrayna – İngiltərə matçında aydınlıq gələcək.

Qeyd edək ki, Avropa çempionatında yarımfinal oyunları 6-7 iyulda, final matçı isə 11 iyulda keçiriləcək.

AÇ-2020
1/4 final

2 iyul

20:00. İsveçrə – İspaniya
Sankt-Peterburq. Yeni Zenit stadionu.

23:00. Belçika – İtaliya
Münhen. “Alyans Arena”.

3 iyul

20:00. Çexiya – Danimarka
Bakı. Olimpiya stadionu.

23:00. Ukrayna – İngiltərə
Roma. Olimpiko stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button