“Abşeron”un baş məşqçisinin daha bir köməkçisi məlum olub

“Abşeron” basketbol klubunun baş məşqçisi Erhan Tokerin daha bir koməkçisinin adına aydınlıq gəlib.

Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Emin Cəfərovla mövsümün sonuna qədər olan müqavilə imzalanıb.

Mütəxəssis ilk dəfə yüksək liqa komandasının məşqçilər korpusunda yer alacaq.

Vaxtilə Azərbaycan millisinin, klub karyerasında isə “Qala”, “Neftçi” və “Şəki” klublarının şərəfini qoruyan Emin Cəfərov məşqçi kimi aşağı yaş qrupları üzrə komandalarda çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button