“Abşeron”la “Neftçi”dən qələbə

Bu gün həm qadın, həm də kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, günün ilk qarşılaşması kişilər arasında olub.

Voleybol Mərkəzində baş tutan oyunda “Xarı Bülbül Laçın” və “Neftçi” klubları üz-üzə gəliblər. Oyuna Laçın komandası daha yaxşı başlasa da, sonda sevinən Pərviz Səmədovun yetirmələri olub – 3:1.

Günün ikinci qarşılaşması isə qadın voleybolçulardan ibarət “Abşeron” və UNEC kollektivləri arasında keçirilib. UNEC-in idman zalında baş tutan oyun “Abşeron”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Abşeron” 18 xalla turnir cədvəlinə liderlik edir. “Azərreyl” 15 xalla 2-ci, ”Murov Az Terminal” 12 xalla 3-cü, 9 xalı olan “Gəncə” 4-cü, 3 xalı olan “Milli Aviasiya Akademiyası” 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.

Kişilərin Yüksək Liqasında isə “Xarı Bülbül Şuşa” 16 xalla turnir cədvəlinə liderlik edir. 14 xalı olan “Azərreyl” 2-ci, 13 xalla “Murov Az Terminal” 3-cü, “Neftçi” 7 xalla 4-cü, “Xarı Bülbül Laçın” 4 xalla 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.

Yüksək Liqa (kişilər)
“Xarı Bülbül Laçın” – “Neftçi” 1:3 (25:12, 17:25, 21:25, 24:26)

Yüksək Liqa (qadınlar)
UNEC – “Abşeron” 0:3 (7:25, 19:25, 16:25)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button