“Abşeron” “Sabah”a uduzdu
Azərbaycan Basketbol Liqasının 3-cü turunda “Abşeron” evdə “Sabah”a uduzub.
Komanda.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşən oyun qonaqların 75:59 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun bu gün keçirilmiş digər matçında “Şəki” evdə “Sumqayıt”dan üstün olub – 101:61.
Əvvəlki oyunlarda “Naxçıvan” “Sərhədçi”ni (83:66), NTD “Neftçi”ni (66:63) məğlub edib. “Gəncə” “Ordu”dan üstün olub – 82:61. “Lənkəran” isə “Quba” üzərində qələbə qazanıb – 86:81.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin