“Abşeron” heyətini yeni oyunçu ilə gücləndirdi

Yeni mövsümə hazırlıqları davam etdirən “Abşeron” heyətini daha bir yerli basketbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, U-18 millisinin üzvü olan İsmayıl Abdullayevlə 1 illik müqavilə imzalanıb.

Buna qədər “Abşeron” heyətini ABŞ-li basketbolçular Sedrik Conson, Caca Devis, Lari Robinson, Djalen Şou, yerli basketbolçulardan isə Hüseyn Məmmədovla gücləndirib.

Ötən mövsüm komandanın şərəfini qorumuş Nəcəf Babayev və Elçin Salmanzadə ilə isə müqavilənin müddəti daha bir il artırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button