“Abşeron” “Gəncə”yə qalib gəldi
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, bu gün 14-cü tur çərçivəsində iki oyun baş tutub.
UNEC-in idman zalında baş tutan görüşdə “Murov Az Terminal” və UNEC komandaları üz-üzə gəliblər. Oyun “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər matçında GİN-nin Voleybol Mərkəzində “Abşeron” klubu “Gəncə”ni qəbul edib. Gərgin keçən qarşılaşmada “Abşeron” 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun son qarşılaşması sabah GİN-nin Voleybol Mərkəzində keçiriləcək. “Milli Aviasiya Akademiyası” və “Azərreyl” arasında baş tutacaq bu oyun saat 18:00-da başlayacaq.
Beləliklə, “Azərreyl” 33 xalla (11 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 32 xalla (11 qələbə) 2-ci, “Abşeron” 30 xalla (10 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
“Murov Az Terminal” – UNEC 3:0 (25:8, 25:5, 25:12)
“Abşeron” – “Gəncə” 3:1 (25:17, 25:23, 23:25, 25:17)
Bizi Facebook-da izləyin