
ABŞ DÇ-2026-nı qəbul etməyə hazır deyil!
ABŞ-ın turizm sənayesi 2026-cı il dünya çempionatı və 2028-ci il Olimpiya Oyunlarına gəlməsi gözlənilən çoxlu sayda turistin öhdəsindən gəlmək üçün təchiz olunmayıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Turizm operatorları Assosiasiyasının hesabatında məlumat yer alıb.
Birləşmiş Ştatların beynəlxalq yarışlara ev sahibliyi etməyə hazır olmamasının əsas səbəblərinə köhnəlmiş infrastruktur, vizaların uzun müddət baxılması və köhnəlmiş təhlükəsizlik texnologiyası daxildir. Şirkətin hesabatında dünya çempionatı, Olimpiya və Paralimpiya Oyunları, Ryder Cup qolf turniri (2025) və ABŞ Müstəqillik Bəyannaməsinin 250 illiyi (2026) zamanı ölkəyə 40 milyondan çox insanın səfər edəcəyi təxmin edilir.
DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. Həmin ildən etibarən dünya çempionatında 48 komanda iştirak edəcək.
Bizi Facebook-da izləyin