ABL: “Sabah” “Naxçıvan”a da qalib gəldi
Azərbaycan Basketbol Liqasında 5-ci turun daha bir oyunu keçirilib
Komanda.az xəbər verir ki, ölkə çempionu “Sabah” “Naxçıvan”la üz-üzə gəlib.
Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 75:74.
A qrupunda xallarının sayını 10-a çatdıran “Sabah” vahid lider olub. Naxçıvan təmsilçisi 9 xalla ikinci pillədə qərarlaşıb.
Turun əvvəlki üç matçında “Quba” “Ordu”ya (101:75), “Sərhədçi” NTD-yə (84:79), “Abşeron” “Neftçi”yə (72:56) qalib gəlib. “Sumqayıt” – “Gəncə” görüşü dekabrın 7-də, “Şəki” – “Lənkəran” oyunu isə dekabrın 8-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin