A Seriyasının bərpa olunacağı vaxt açıqlandı
Koronavirus pandemiyası səbəbiylə dayandırılan İtaliya A Seriyası ilə bağlı yeni iddia ortaya çıxıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, çempionat may ayının sonlarında bərpa oluna bilər. May ayının əvvəllərindən futbolçuların kiçik qruplara ayrılaraq, məşq etmələrinə icazə veriləcək. Klublar futbolçuların sağlamlığından əmin olmaq üçün aprelin sonunda onları sağlamlıq testindən keçirəcək. Mayın 31-də isə çempionat yenidən başlayacaq.
Oyunların üç gündən bir keçiriləcəyi və turnirin iyulun 12-də yekunlaşacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin