“A Seriyasında mövsümü başa vurmaq mümkün olmayacaq”
İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Xavyer Pastore koronavirus pandemiyasına görə yarıda dayandırılmış A Seriyasında cari mövsümün bərpa olunacağına şübhə ilə yanaşdığını açıqlayıb.
Komanda.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi “Radio Impacto”ya açıqlamasında bunları söyləyib:
“Mövsümün necə bitəcəyini birlikdə görəcəyik. Ancaq məncə, mövsümü başa vurmaq mümkün olmayacaq. Uzun müddətdi fasilə yaranıb və bu, hələ davam edəcək. Yenidən oyunlara hazır olmağımız üçün 20-30 gün məşq etməliyik. Üstəlik, ölkə xaricinə gedən futbolçular üçün 14 günlük karantin lazımdı. Bu səbəbdən çempionatın bərpa ediləcəyinə inanmıram”.
Qeyd edək ki, 26-cı turda dayandırılan A Seriyasında turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir.
Bizi Facebook-da izləyin