A Seriyasında mövsümə yekun vuruldu

İtaliya A Seriyasında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, 38-ci turun son oyun günündə daha 6 görüş baş tutub.

Çempion “Napoli” doğma meydanda “Sampdoriya” üzərində inamlı qələbəyə sevinib. “Milan” “Verona”nı, “Roma” “Spetsiya”nı, “Atalanta” da “Montsa”nı məğlub yola salıb. “Udineze”nin qonağı olan “Yuventus” da mövsümü qələbə ilə başa vurub.

“Napoli” mövsümü 90 xalla başa vurub. “Latsio” 74 xalla ikinci, “İnter” 72 xalla üçüncü yeri tutub. Bu üç komanda ilə birgə, 70 xalı olan “Milan” da İtaliyanı Çempionlar Liqasında təmsil edəcək. 64 xalla 5-ci yeri tutan “Atalanta”, həmçinin 63 xalla 6-cı olan “Roma” Avropa Liqasında iştirak edəcək. 10 xalı silinən və 62 xalla 7-ci yeri tutan “Yuventus” isə Avropa Konfrans Liqasında mübarizə aparacaq.

19 xalla sonuncu olan “Sampdoriya”, 27 xalla 19-cu yeri tutan “Kremoneze” və 31 xalla 18-ci sırada qərarlaşan “Verona” A Seriyasını tərk edib.

İtaliya A Seriyası
38-ci tur

2 iyun

Sassuolo – Fiorentina 1:3
Qol
: Berardi, 71-pen – Kabral, 46. Saponara, 79. N.Qonsales, 83.

3 iyun

Torino – İnter 0:1
Qol
: Brozoviç, 37.

Kremoneze – Salernitana 2:0
Qol
: Buonayuto, 26-pen. Tsadjut, 88.

Empoli – Latsio 0:2
Qol
: Romanyoli, 48. Alberto, 90+2.

4 iyun

Napoli – Sampdoriya 2:0
Qol
: Osimhen, 64-pen. Simeone, 85.

Milan – Verona 3:1
Qol
: Jiru, 45+1-pen. Leao, 85; 90+1 – Faraoni, 72.

Roma – Spetsiya 2:1
Qol
: Zalevski, 43. Dibala, 89-pen – Nikolau, 6.

Atalanta – Montsa 5:2
Qol
: Koopmeyners, 12; 45+1; 79. Hoylund, 74. Muriel, 90+2 – Kolpani, 51. Petanya, 81.

Leççe – Bolonya 2:3
Qol
: Banda, 17. Udin, 88 – Arnautoviç, 58. Zirkze, 81. Ferquson, 90+7.

Udineze – Yuventus 0:1
Qol
: Kyeza, 68.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button