A Seriyasında iyunun ən yaxşısı açıqlandı
İtaliya A Seriyasında iyun ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Atalanta”nın kapitanı Alexandro Qomes ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
32 yaşlı hücumçu iyunda komandasına 3 matçda qələbə qazanmağa kömək edib və 4 məhsuldar ötürmə müəllifi olub. Yeri gəlmişkən, argentinalı futbolçu 21-ci əsrdə A Seriyasında azı 15 məhsuldar ötürməyə imza atan ilk futbolçuya çevrilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin