“Napoli” səfərdə xal itirdi

Futbol üzrə İtaliya A Seriyasında 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Tura Turin derbisiylə start verilib. “Yuventus” doğma meydanda “Torino”nu qəbul edib. Tərəflər meydandan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Şənbə günü üç qarşılaşma baş tutub. “Sampdoriya” doğma meydanda “Empoli” üzərində inamlı qələbəyə sevinib. Dörd qolun qeydə alındığı “Roma” – “Verona” matçında qalib müəyyənləşməyib. Səfərdə “Salernitana” ilə qarşılaşan “Milan” da 4 qolluq matçda 1 xalla kifayətlənib.

Bazar günü daha dörd qarşılaşma baş tutub. “Udineze” – “Latsio” və “Venetsiya” – “Cenoa” matçlarında qalib müəyyənləşməyib. “Fiorentina” “Atalanta” ilə ev oyunundan minimal hesablı üstünlüklə ayrılıb. 2-ci pillədə qərarlaşan “İnter” isə “Cüzeppe Meatsa”da “Sassuolo”nu sınağa çəkib. Milan təmsilçisi bu oyunda gözlənilməz məğlubiyyətlə üzləşib.

Sonuncu oyun günündə iki görüş baş tutub. Səfərdə “Kalyari” ilə qarşılaşan “Napoli” xal itkisi ilə üzləşib. Üç qolun qeydə alındığı “Bolonya” – “Spetsiya” matçı isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İtaliya A seriyası, 26-cı tur

18 fevral

Yuventus – Torino 1:1
Qol
: De Liqt, 13 – Belotti, 62.

19 fevral

Sampdoriya – Empoli 2:0
Qol
: Kvalyarella, 14; 29.

Roma – Verona 2:2
Qol
: Volpato, 65. Bove, 84 – Barak, 5. Tameze, 20.

Salernitana – Milan 2:2
Qol
: Bonatsoli, 29. Dyuriç, 72 – Messias, 5. Rebiç, 77.

20 fevral

Fiorentina – Atalanta 1:0
Qol
: Pyontek, 56.

Venetsiya – Cenoa 1:1
Qol
: Henri, 13 – Ekuban, 29.

İnter – Sassuolo 0:2
Qol
: Raspadori, 8. Skamakka, 26.

Udineze – Latsio 1:1
Qol
: Deulofeu, 5 – Anderson, 45.

21 fevral

Kalyari – Napoli 1:1
Qol
: C.Pereyro, 58 – Osimhen, 87.

Bolonya – Spetsiya 2:1
Qol
: Arnautoviç, 40; 84 – Manaj, 11.

Bombardir: Çiro İmmobile (Latsio) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button