A Seriyasında daha iki futbolçuda koronavirus aşkarlandı
İtaliyanın “Parma” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Parma”da futbolçu və məşqçi heyətinin də daxil olduğu təxminən 60 nəfərdən koronavirus testi götürülüb. Onların arasında iki futbolçunun ilk testi pozitiv çıxıb. Daha sonra həmin oyunçulardan götürülən təkrar testlərin nəticəsi neqativ çıxsa da, onlar iki həftəlik karantinə alınıblar.
Virusa yoluxanların kimliyi açıqlanmayıb. Sadəcə, onların özlərini yaxşı hiss etdiyi və heç bir simptom daşımadıqları vurğulanıb.
Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılmış İtaliya A Seriyasının 13 iyundan etibarən bərpa olunacağı açıqlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin