A Seriyasında 68 il əvvəlki uğur təkrarlandı
Futbol üzrə İtaliya A Seriyasının 37-ci turu çərçivəsində səfərdə “Parma” ilə qarşılaşan “Atalanta” rəqibini 2:1 hesabıyla məğlub edib.
Komanda.az xəbər verir ki, bununla da Berqamo təmsilçisi cari mövsümdə vurduğu qolların sayını 98-ə çatdırıb.
A Seriyasında bir mövsüm ərzində bu qədər qolu sonuncu dəfə “Yuventus” rəqib qapılarından keçirmişdi. Turin təmsilçisi bunu 1951/52 mövsümündə 38 oyuna bacarmışdı. “Atalanta” isə qarşıdakı son turda bu göstəricisini daha da yaxşılaşdırmaq şansına da malikdi.
A Seriyası tarixində bir mövsüm ərzində ən çox qol vuran komanda isə “Milan”dı. Sözügedən komanda 1949/50 mövsümündə rəqib qapılarından 118 top keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin