A Seriyası üçün təhlükə – Vaxtında başlamayacaq?

İtaliya A seriyası avqustun 13-də start götürməlidir. Amma çempionatın vaxtında başlamamaq təhlükəsi də var.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyasının prezidenti Lorentso Kazini məlumat verib. O, səbəb kimi İtaliyadakı anomal istiləri göstərib:

“Mövsümə avqustun 13-də başlamaq çətin olacaq. Birinci problem iqlimlə bağlıdır, çünki indiki istilər davam edərsə, mövsümə qeyd olunan tarixdə başlamaq çox çətin olacaq. İkinci məqam isə Qətərdə keçirilən dünya çempionatı ilə bağlı yaranan fasilə səbəbindən bu mövsümün özlüyündə qeyri-adi olmasıdır”.

İtaliyanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcədən yuxarıdır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button