A Seriyası klubları iştirakçı sayının azaldılmasının əleyhinə səs verdilər
İtaliya A Seriyasının klubları liqadakı komandaların sayının 18-ə endirilməsinin əleyhinə səs veriblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda İtaliya çempionatında 20 klub çıxış edir.
A Seriyasında iştirakçıların sayının 18-ə endirilməsi təklifinin əleyhinə 16 komanda səs verib. “Yuventus”, “İnter”, “Milan” və “Roma” klubları bu təklifin lehinə olub.
Hazırda A Seriyasında 23 oyundan sonra 60 xalla çempionatın lideri “İnter”dir. “Yuventus” (53 xal) 2-ci, “Milan” (52 xal) 3-cüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin