Dünyanın ən dəyərli futbol markası “Real”dır!
Dünyanın ən dəyərli 50 futbol klubunun siyahısı açıqlanıb.
Komanda.az xəbər verir ki, “brandfinance.com”un hazırladığı siyahıya İspaniyanın “Real” klubu başçılıq edir. Klubun dəyəri koronavirus səbəbiylə 13,8 faiz azalaraq, 1,419 milyard avro olub. Siyahının ikinci pilləsində İspaniyanın digər klubu “Barselona” qərarlaşıb. Kataloniya klubunun marka dəyəri 1,413 milyard avro olaraq göstərilib. İlk 3-lüyü “Mançester Yunyated” tamamlayıb. Klubun dəyəri 1,314 milyard avro olub.
Siyahının sonrakı pillələrində “Liverpul”, “Mançester Siti”, “Bavariya”, PSJ, “Çelsi”, “Tottenhem” və “Arsenal” qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin