A Seriyasında yeni mövsüm nə vaxt başlayacaq?
Futbol üzrə İtaliya A Seriyasında 2020/21 mövsümünün başlayacağı tarix bəlli olub.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yeni mövsümün startı sentyabrın 12-nə təyin olunub.
Martda koronavirus pandemiyası səbəbindən dayandırılan 2019/20 mövsümü iyunun 20-də “Torino” – “Parma” oyunu ilə bərpa olunacaq.
Qeyd edək ki, turnir cədvəlinə 26 turdan 63 xal toplayan “Yuventus” başçılıq edir. 62 xalı olan “Latsio” 2-cidir. “İnter” isə 54 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin