İdman naziri məşqlərin bərpası xəbərini təkzib etdi
İtaliyanın idman naziri Vinçenso Spadafora klubların koronavirus pandemiyası səbəbiylə dayandırdığı məşqlərə başlamaları ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, sosial şəbəkə hesabından məlumat yayan nazir, klublara məşq üçün icazə verilmədiyini bildirib:
“Bu barədə qəribə şeylər oxudum, amma daha əvvəl dediyim fikirlər dəyişməyib. Komanda məşqləri mayın 18-dək bərpa edilməyəcək. Hazırda çempionatın mümkün bərpasını müzakirə edirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin