A Seriyasında məşqlərin başlayacağı tarix məlum oldu
Koronavirus pandemiyası səbəbiylə dayandırılan İtaliya A Seriyası klublarının məşqlərə başlayacağı vaxt məlum olub.
Komanda.az “La Repubblica”ya istinadən xəbər verir ki, ölkənin baş naziri Cüzeppe Konte mayın 4-dən karantin rejiminin şərtlərinin yumşaldılacağını bildirib. Sözügedən tarixdən etibarən futbolçular fərdi məşqlərə başlaya biləcəklər. Mayın 18-dən isə komanda məşqlərinə icazə veriləcək.
Bundan başqa, 2021-ci ilin yanvarınadək oyunlar azarkeşsiz keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin