Ronaldo üçüncü oldu – Mülleri də geridə qoydu

“Yuventus” İtaliya A Seriyasının 22-ci turunda “Fiorentina”ya doğma meydanda 3:0 hesabıyla qalib gəlib.

Komanda.az xəbər verir ki, bu oyun Turin təmsilçisinin portuqaliyalı ulduz futbolçusu Kristiano Ronaldo üçün əlamətdar olub.

Belə ki, 34 yaşlı forvard bu oyunda dubla imza atmaqla karyerası ərzində vurduğu qolların sayını 722-yə çatdırıb. Bununla da o, dünya futbolunun ən çox qol vurmuş futbolçularının siyahısında 3-cü pilləyə yüksəlib. Ronaldo hesabında 720 qol olan Herd Mülleri geridə qoyub.

Qeyd edək ki, sözügedən siyahıya braziliyalı Pele başçılıq edirsə (767 qol), onu həmyerlisi Romario (734 qol) izləyir. Beşinci yerdə Ferents Puşkaş (706 qol), altıncı pillədə isə Lionel Messi (705 qol) qərarlaşıb. Hansı ki, “Barselona”nın 32 yaşlı hücumçusu bu siyahıda Ronaldo ilə mübarizə aparan və karyerasını davam etdirən yeganə futbolçudu.

Yeri gəlmişkən, Ronaldo “Yuventus”da vurduğu qolların sayını da 50-yə çatdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button