“Qarabağ” Rumıniya klubuna məğlub oldu
“Qarabağ” bu gün Avropa Liqasında növbəti sınağına çıxıb.
Komanda.az xəbər verir ki, Ağdam klubu Liqa mərhələsində 7-ci turu çərçivəsində doğma meydanda Rumıniyanın FCSB komandası ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edib.
Əvvəlki 6 oyunda cəmi 1 qələbəsi olan təmsilçimiz 3 xalla 33-cü pillədə qərarlaşmışdı. FCSB isə 6 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib və cəmi 1 məğlubiyyət görmüşdü. Bu komanda 11 xalla 10-cu pillədəydi.
Bol qollu bu matçda rumınlar sevinən tərəf olublar. Nəticədə, Ağdam klubu növbəti mərhələyə adlamaq şanslarını tamamilə itirib.
Avropa Liqası
Liqa mərhələsi
23 yanvar
Qarabağ – FCSB 2:3
Qollar: Leandro Andrade, 1. Coyskim Dava, 41-öz qapısına – Adrian Şut, 7; 73. David Mikolesku, 45+4.
Baş hakim: Filip Qlova (Slovakiya).
Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: Fabian Buntiç, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Oleksey Kaşuk, Leandro Andrade, Abdullah Zubir (k), Nəriman Axundzadə.
Ehtiyat oyunçular: Sadiq Məmmədzadə, Mateuş Koxalski, Yassin Benzia, Emmanuel Addai, Riçard Almeyda, Musa Qurbanlı, Aleksey İsayev, Toral Bayramov, Marko Veşoviç, Abbas Hüseynov. Bədavi Hüseynov, Patrik Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
FCSB: Ştefan Tarnovanu, Valentin Kretu, Siyabonqa Nqezana, Joskim Dava, Risto Radunoviç, Adrian Şut (k), Baba Alhassan, David Mikolesku, Florin Tanase, Marius Ştefanesku, Daniel Birliqea.
Ehtiyat oyunçular: Mihay Udrea, Mihay Popesku, Malkom Edjuma, Daniel Popa, Mihay Toma, Aleksandru Balutsa, Aleksandru Pantea, Aleksandru Musi.
Baş məşqçi: Elias Xaralambus.
Bizi Facebook-da izləyin