“Qarabağ”ın 900-cü ev qolu
“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 17-ci turuna təsadüf edib.
“Sumqayıt”la görüşdə vurulan sonuncu top yubiley xarakteri daşıyıb. “Qarabağ”ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.
Ağdam klubu “900”ə 464-cü ev matçında çatıb. “Qarabağ” öz meydanında 900 və daha çox qol vuran ikinci komanda olub. Bunadək yalnız “Neftçi” öz meydanında bu qədər qola imza atıb.
“Qarabağ”ın ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə matçda Mehman Alışanov vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin