Flik narazıdır

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik diskvalifikasiyasa olunmasından narazıdır. Almaniyalı mütəxəssis La Liqanın əvvəlki turunda “Betis”ə qarşı keçirilən oyunda (2:2) qırmızı vərəqə alıb. Flik iki oyunluq cəzalandırılıb. “Barselona” bu qərardan apellyasiya verməyə çalışsa da, müraciət rədd edilib.

Komanda.az “Diario Sporta”-a istinadən xəbər verir ki, Flik bu qərara çox təəccüblənib və niyə diskvalifikasiya olunduğunu anlamadığını bildirib. O, karyerası ərzində belə bir şeylə heç vaxt qarşılaşmadığını etiraf edib.

“Barselona” ilin sonuna qədər qalan iki oyunda Fliksiz çıxış etməli olacaq. Komanda sabah “Leqanes”lə qarşılaşacaq, 21 dekabrda isə “Atletiko” ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button