MY braziliyalı hücumçunu izləyir
“Vulverhempton”un hücumçusu Mateus Cunya “Mançester Yunayted”in potensial transfer hədəfidir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu keçən yay “qırmızı şeytanlar”a keçə bilərdi, lakin sonda heç nə alınmadı.
“Mançester Yunayted” 25 yaşlı futbolçunun cari mövsümdəki çıxışını izləyir. Ruben Amorimin komandası hücum xəttini gücləndirməyə çalışır. Ola bilsin ki, yaxın gələcəkdə onlar “Vulverhempton”un forvardını almağa çalışsınlar.
Mateus cari mövsümdə Premyer Liqada 12 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin