“Barselona” mütləq rekordun astanasındadır

“Barselona” azarkeşlərini məhsuldar matçlarla sevindirməkdən yorulmur. Kataloniyalılar UEFA Çempionlar Liqasında “Srvena Zvezda” ilə son görüş (5:2) daxil olmaqla, ardıcıl 7 oyunda ən azı 3 qol vurub.

Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, Hans-Diter Flik Luis Enrikedən sonra “Barselona” ilə bu göstəriciyə nail olan ilk məşqçi olub.

Kataloniyalılar tarixdə iki dəfə 3 və ya daha çox qol vurmaqla daha çox matç seriyasına nail olublar. Mütləq rekord 1943-cü ildə Xuan Xose Noqezin rəhbərliyi altında qeydə alınıb – ardıcıl 9 oyun. Müasir tarixdə ən yaxşı nəticə Pep Qvardiolanın rəhbərliyi altında əldə edilib. Onun dövründə bu hal 2012-ci ildə ardıcıl 8 oyunda baş verib.

Flikin yetirmələri noyabrın 10-da səfərdə “Real Sosyedad”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button