“Mən hakimlərin adilliyinə inanmıram” – Azər Bağırov
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 11-ci turunun açılış matçında “Turan Tovuz”un qonağı olub.
Komanda.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan qərb təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov maraqlı oyun olduğunu bildirib:
“Maraqlı oyun oldu. Sadəcə bəzi nüanslar çatmadı sonda. Düşünürəm ki, oyunçularım yaxşı çıxış etdi, təbrik edirəm onları.
Son iki dəqiqədə olmayan cərimələri bizim qapıya verəndə əlbəttə ki, belə olacaq. Mən hakimlərin adilliyinə inanmıram. Bugünkü oyunun qarşıdakı matça heç bir psixoloji təsiri olmayacaq. “Qarabağ”la oyunda da bizə qarşı qərəzli qərarlar oldu. Buradan hakimlərə sadəcə “təşəkkür” edirəm.
40-cı dəqiqədə bir epizod var idi. Buna Avropada 11 metirlik cərimə zəbəsi verirlər. Adicə toxunuşu dayandırırlar, bizdə isə futbolçunun ayağını qırırlar, amma hakimlər susur. Mən hakimlərə başqa heç nə demək istəmirəm, sağ olsunlar. Onların insafına buraxıram”.
“Kəpəz” növbəti turda “Səbail”lə üz-üzə gələcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin