MS gözünü “Barselona”nın futbolçusuna dikib
Rodri ciddi zədə aldıqdan sonra “Mançester Siti” bu qış yeni yarımmüdafiəçi üçün transfer bazarına müraciət edə bilər. İspaniyalı futbolçu 2024/25 mövsümündə bir daha meydana çıxmayacaq.
Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “Mançester Siti”nin “radar”ındadır.
İngiltərə çempionu 27 yaşlı niderlandlı yarımmüdafiəçinin namizədliyini nəzərdən keçirir.
De Yonq 70 milyon avro dəyərində qiymətləndirilir. Əvvəllər mətbuatda “Barselona”nın yüksək maaşına görə onunla ayrılmaq istəməsi ilə bağlı məlumatlar yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin