Azərbaycan klubu heyətinə daha bir basketbolçu qatıb

“Lənkəran” heyətinə daha bir yerli basketbolçu cəlb edib.

Bu barədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Komanda 28 yaşlı müdafiəçi Orxan Abbasovla anlaşıb. Təcrübəli basketbolçu son olaraq “Gəncə”nin formasını geyinib. O, Rusiyanın “Simferopol”, “TimTim”, “Orlan” və “Moskva” klublarında da çıxış edib.

“Lənkəran” bundan əvvəl yerli basketbolçular Rəşid Abbasov, Zumrat Ankbazov, Varid Ağasızadə və Mirməcid İsmayılovu heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button