“Barselona” üçün böyük itki

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya çempionatının 6-cı turunda “Vilyarreal”la oyunun (5:1) ilk hissəsinin sonunda zədələnib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, alman qolkiper rəqibin hücumçusu Eremi Pino ilə uğursuz toqquşmadan sonra zədə alıb. Nəticədə, Ter Ştegen meydanı xərəkdə tərk edərək, yerini İnyaki Penaya verib.

İlkin müayinəyə əsasən onun 8 aylıq sıradan çıxdığı bildirilir.

Bu gün isə MRT müayinəsindən keçəcək almaniyalı qapıçının hansı müddətə oynamayacağı dəqiqləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button