“Barselona”nın futbolçusu yenidən zədələndi
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes yenidən zədələnib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyanın gənclərdən ibarət millisinin üzvü olan 21 yaşlı yarımmüdafiəçi məşq zamanı bud nahiyəsindən zədə alıb.
Bununla da o, daha 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Lopes daha əvvəl zədə ucbatından La Liqada “Jirona” və “Vilyarreal”la oyunları buraxmışdı.
Lopes Paris-2024-də çempion olan İspaniya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin