“Mançester Yunayted” yenidən qurulmalıdır” – Ronaldo

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Mançester Yunayted” haqda danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, İngiltərə klubu haqda bunları deyib:

“Dediyim kimi, “Mançester Yunayted” fikrimcə, yenidən qurulmalıdır. Baş məşqçi deyir ki, komanda çempionluq və Çempionlar Liqasını qazanmaq üçün mübarizə apara bilməz. “Mançester Yunayted”in baş məşqçisi bunu deyə bilməz. O, düşünə bilər ki, “bizim belə potensialımız yoxdur”, amma bunu deyə bilməz. “Biz çalışacağıq, biz cəhd etməliyik” deməlidir.

Ten Haq Rio Ferdinand, Roy Kin, Pol Skoulz, Qari Nevill, Aleks Ferqyusona qulaq assa, bəlkə, bu, kluba kömək edər. Düşünürəm ki, onlar klubu yaxşı tanıyır. Bilik olmadan klubu yenidən qurmaq olmaz. Ofisdə işləyənlər uşaqlar deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button