AFFA Naxçıvanda hakimlər üçün seminar keçirir
AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvanda hakimlər üçün seminar keçirilir.
Komanda.az xəbər verir ki, seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, fitnes məşqçisi Namik Quliyev, Hakimlər Departamentinin mütəxəssisi Bəxtiyar Osmanov və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik edirlər.
Ömər Paşayev strukturun yaradılması, yeni hakimlərin cəlb edilmə strategiyası, Anar Salmanov teoretik və praktik dərslər, Namik Quliyev fiziki hazırlıq, Bəxtiyar Osmanov isə yarışların idarəetmə sistemi, qeydiyyat və istifadə qaydası ilə bağlı məlumat verirlər.
Məqsəd hakimlərin teoretik, praktiki və fiziki hazırlıqlarının inkişaf etdirilməsi, yeni hakimlərin cəlb edilməsinin strategiyası və strukturun yaradılması olub.
Seminara avqustun 22-də yekun vurulacaq.
Bizi Facebook-da izləyin