“Flikin rəhbərliyi altında işləməkdən çox məmnunam” – Levandovski
“Barselona”nın hücumçusu Robert Levandovski Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Milan”la yoxlama oyunundan sonra verdiyi açıqlamada belə deyib:
“Flikin rəhbərliyi altında işləməkdən çox məmnunam. Mən həqiqətən inanıram ki, yaxşı mövsüm keçirəcəyik və əlimizdə kubokla başa vuracağıq”.
Levandovski dünən “Milan”la keçirilən yoxlama oyununda dubl edib. Oyun 2:2 hesabı ilə başa çatıb və penaltilər seriyasında İtaliya klubu üstün (4:3) olub.
35 yaşlı futbolçu 2022-ci ilin yayında “Bayern”dən “Barselona”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin