Azərbaycanlı şahmatçı Birləşmiş Ərəb Əmirliklərindəki yarışda qalib olub

Azərbaycan şahmatçısı Aqşin Əlizadə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən yarışda qalib olub.

Azərbaycan Şahmat Federasiyasından Komanda.az-a verilən məlumata görə, o, festivalın “Futures” turnirində birinci yeri tutub.

7,5 xal toplayan Əlizadə əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb. Turnirdə üçüncü yeri hesabında 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.

Şarjadakı “Masters” yarışında təmsilçilərimizdən ən yaxşı nəticə Aydın Süleymanlıya məxsusdur. O, 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button