“Xəzri” finalda “Sabah”a rəqib oldu
“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının növbəti yarımfinal oyunu baş tutub.
Komanda.az xəbər verir ki, “Xəzri” və “NTD-İndiqo” komandaları bu gün seriyanın 2-ci oyununa çıxıblar.
Oyunun əvvələrindən üstünlüyü “NTD-İndiqo” ələ keçirsə də, sonradan geridönüş etməyi bacaran debütant “Xəzri” yekunda 86:81 hesablı qələbə qazanıb. Bu qələbə ilə “Xəzri” seriyada 2:0 hesablı qalibiyyət əldə edib və finalda “Sabah”ın rəqibi olub. “NTD-İNDİQO” isə 3-cü yer uğrunda “Xırdalan”la oyunlarda iştirak edəcək.
Ən məhsuldar basketbolçular “Xəzri”də Cordan Perkins (23 xal, 8 asist), “NTD-İndiqo”dan Qeylen Smit (22 xal, 12 ribaund) olublar.
“Xəzri” və “Sabah” arasında final seriyasının ilk oyunu 16 mayda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin